banner
banner

Dünya

Tarix açıqlandı: İngiltərə AB-dən çıxır

Tarix açıqlandı: İngiltərə AB-dən çıxır
İngiltərə Baş naziri Tereza Mey Böyük Britaniyanın Avropa Birliyindən ayrılması üçün rəsmi prosesin martın sonuna qədər başlayacağını deyib.
 
Axar.az xəbər verir ki, o, prosesin ən uğurlu şəkildə baş çatmasına nail olmaq istədiyini bildirib:
 
“Hazırlıq işlərinə görə dəqiq bir vaxt deyə bilmirdim. Ancaq indi rəsmən açıqlayıram: mart ayından etibarən bu ayrılma prosesini başladacağıq. Çalışacağam ki, həm ingilis xalqının, həm də AB ilə münasibətlərin gələcəyi üçün çox əhəmiyyətli bir razılaşmaya imza ataq”.
 
Xatırladaq ki, Böyük Britaniya iyunun 23-də keçirilən referendumda Avropa Birliyindən ayrılmaq haqda qərar qəbul edib. Britaniyanın AB-dən çıxma prosesinin iki ili çəkəcəyi gözlənilir.
cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.

Dubayda qızıldan piyada yolu salınacaq

BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.