banner
banner

İdman

“Çox məyusuq” - Pepe

“Çox məyusuq” - Pepe

“Real”ın müdafiəçisi Pepe La Liqanın 7-ci turunda “Eybar”la görüşdə 2 xal itirmələrinə münasibət bildirib. 
Portuqaliyalı müdafiəçi 1:1-lik heç-heçəni belə şərh edib:
“Meydana qələbə üçün çıxmışdıq. “Santyaqo Bernabeu”da xal itirməyimizi qəbul etmək çətindir. Sona qədər qələbə üçün çalışsaq da, istəyimizə çata bilmədik. Buna görə də çox məyusuq. 
Azarkeşlərimizi narahat olmamağa çağırıram. Növbəti görüşlərdə vəziyyəti dəyişməyə çalışacağıq. Qarşıda hələ çox oyun var”. 

Xatırladaq ki, 7 turdan sonra hesabında 15 xal olan “Real” turnir cədvəlində ikinci yeri tutur. “Kral klubu” yalnız topların fərqinə görə “Atletiko”dan geri qalır. 

cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messinin imzalı forması oğurlandı

Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.

Keyn Messinin rekordunu qırdı

“Bavariya”nın hücumçusu Harri Keyn UEFA Çempionlar Liqasında 30 yaşdan sonra vurulan qolların sayına görə yeni rekord müəyyənləşdirib.

Ronaldodan gözlənilməz qərar

"Əl-Nəsr"in ulduz hücumçusu Kriştiano Ronaldo gələn il Portuqaliya milli komandasına qayıtmağa və yığma forması ilə "son rəqs"ini etməyə hazırlaşır.

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.