banner
banner

Dünya

Universitetlərdə atışmalar artıb - hədəf nədir?

Universitetlərdə atışmalar artıb - hədəf nədir?
ABŞ-ın Şimali Karolina ştatında universitetdə atışma barədə xəbər verilib. “NBC” kanalının məlumatına görə, atışma Qrinsboro şəhərində tələbələrin təşkil etdiyi şənlikdə olub. Hadisə yerinə gələn polis yaralı qız və oğlan tələbəni xəstəxanaya çatdırıb. Ancaq onların həyatını xilas etmək mümkün olmayıb.

Bu, yaxın və uzaq dünya tarixində ali təhsil müəssisələrində baş verən ilk silahlı atışma deyil. Daha öncə də dəfələrlə dünyanın bir çox yerindəki ali təhsil müəssisələrində silahlı atışmalar, yaralanan və ölən insanlar olub. Onlardan bəzilərini yada salaq.

2015-ci ildə belə atışmalardan biri Ankara Universitetinin Tibb fakültəsində baş verib. Hadisə nəticəsində üç nəfər ölüb, bir nəfər isə yaralanıb. İnsident tibb fakültəsinin əməkdaşları arasında yaşanıb.
 
2015-ci ilin fevralında Cənubi Karolina Universitetinin kampusunda baş vermiş atışma nəticəsində 2 nəfər ölüb. Yerli rəsmi qurumların məlumatına əsasən, kampusda qətl və intihar baş verib. Hadisənin təfərrüatları, həmçinin ölənlərin şəxsiyyəti açıqlanmayıb. 
Ötən ilin 24 oktyabrda isə ABŞ-ın Tennessee Dövlət Universitetində silahlı toqquşma nəticəsində bir nəfər həlak olub. Silahlı insident zamanı daha üç nəfər isə ağır yaralanıb. Bu barədə ABŞ polisi məlumat verib. Nashville şəhərinin polisi tvit edərək bildirib ki, zorakı hadisə zər oyunu ilə bağlı yaranmış mübahisədən sonra baş verib. Mübahisə nəticəsində 19 yaşlı tələbə həyatını itirib və hadisənin baş verdiyi yerdən keçən üç tələbə isə yaralanıb. Hazırda Universitet polis tərəfindən ciddi nəzarətə götürülüb və faktla bağlı araşdırmalar aparılır.

Bundan bir həftə əvvəl kollec yaxınlığındakı parti zamanı silahlı atışma nəticəsində üç nəfər yaralanıb. Son hadisə zamanı şübhəli şəxs hadisə yerini ayaqla tərk edib. Universitet mətbuat xidməti bildirib ki, mübahisədə iştirak edən şəxslər universitet tələbələri olmayıb və güman ki, qumar oynayıblar.
 
Amerikada son zamanlar universitet və kolleclərdə atışma hadisələri adi hal alıb. Bir müddət əvvəl Amerikanın Florida ştatında, Betun-Kukman universitetinin yataqxanasında atışma baş verib. Belə ki, axşam saat 7 radələrində universitetin yataqxanasında silahdan açılan atəş nəticəsində bir neçə tələbə yaralanıb. Polis hadisədə şübhəli bilinən iki nəfəri tutub. Məlumata görə, onlardan biri həmin universitetin tələbəsidir. Yaralılardan isə ikisinin universitet tələbəsi, birinin isə kənar şəxs olduğu deyilir. Həkimlər yaralıların həyatı üçün heç bir təhlükənin olmadığını bildiriblər. 
 
Xatırladaq ki, bir müddət əvvəl də buna bənzər hadisə olub. 46 yaşlı bir amerikalı universitetin yataqxanasının yanında silahdan açdığı atəş nəticəsində 3 müsəlman gənci qətlə yetirib. Qətlə yetirilənlər 23 yaşlı Dea Barakat, onun əri 21 yaşlı Yusor Məhəmməd və onun bacısı 19 yaşlı Abu-Salxa olub. Qonşular ölənləri müsəlman icmasının aktiv üzvləri kimi təsvir edib. Onlar xeyriyyəçiliklə məşğul olurdular və inkişafdan qalan ölkə sakinlərinə kömək edirdilər. Qatil özü cinayətin törədilməsindən dərhal sonra Pittsboro ətraflarında yerləşən qraflığın şerifinin ofisinə gəlib. Onun ateist olduğu bildirilib.

Bu ilin 25 sentyabrında isə naməlum şəxs ABŞ-ın İllinoysk şəhərində Urban-Şampeyn universitetində ətrafdakı şəxslərə atəş açıb. Hadisə şahidləri insident nəticəsində 9 nəfərin yaralandığını bildiriblər. Universitet rəhbərliyi tələbələrə təhlükə barədə xəbərdarlıq edib. Hadisə yerinə polis və təcili yardım maşınları gəlib.
 
Bəs ali təhsil müəssisələrində bu cür silahlı atışmaların sayının artması nəyin göstəricisidir? Doğrudanmı binalara daxil olan tələbələr təhlükəsizlik xidməti əməkdaşları tərəfindən yoxlanılmır? Universitet binaları hər bir silahlının əl-qolunu sallayaraq içəri keçəcəyi, terror törədəcəyi bir məkana çevrilib? 
 
Türkiyədəki analitik təhlillərə görə, ümumiyyətlə, bir çox hallarda silahlı şəxslər universitetə kənar şəxslər olur. Onlar zamanında, yəni 70-ci illərdə sol hərəkatının nümayəndələri olur, daha çox gənclər arasında fikir ayrılıqlarını silah gücü ilə həll etməyə çalışırdılar. Müasir zamanda isə bu cür silahlı atışmaların əsas yaradıcıları PKK tərəfdarlarıdır. Məqsəd daha çox insanın yığışdığı məkanda xof yaratmaq, göz qorxutmaqdan ibarətdir. 
 
Bundan başqa, qarışıqlıq yaratmaq üçün universitet kimi məkanlar terrorçular üçün ən arzuediləndir.
 
Daha bir məqam isə ondan ibarətdir ki, PKK terror təşkilatı hər universitetdə öz qruplaşmasını yaradır. Xüsusən də silahlı çatışmaların davam etdiyi bölgələrdə PKK bu universitetlərə öz qruplaşmalarını yollayır, orda özəklərini yaradır, əlavə tələbələri də cəlb edir. Son nəticədə ali məktəblər də terror yuvasına çevrilir.

musavat


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.

Dubayda qızıldan piyada yolu salınacaq

BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.