banner
banner

Dünya

Liviyada yaşayış məhəlləsi atəşə tutulub: 3 ölü, 12 yaralı

Liviyada yaşayış məhəlləsi atəşə tutulub:

Liviyanın Benqazi şəhərində yaşayış rayonunun minaatanlardan atəşə tutulması nəticəsində ən az 3 dinc sakin ölüb, 12 nəfər yaralınb. 

 
"Report" xəbər verir ki, bu barədə xəstəxana nümayəndəsinə istinadən "Reuters" məlumat yayıb. General Xəlifə Həftara sadiq xüsusi təyinatlıların nümayəndəsi Fadel əl-Hassi bildirib ki, atəş "terror qruplaşmaları" tərəfindən tutulan mövqelərdən minaatanlar vasitəsi ilə açılıb. General Xəlifə Həftarın komandanlıq etdiyi ordu ölkənin şərqində yerləşir və Tripolidəki hakimiyyəti tanımayan Liviya parlamentinin müttəfiqidir. Liviyada martın 31-də baş nazir Fayez əs-Sarac olmaqla yeni milli birlik hökuməti öz işinə başlayıb. 
 
Hökumət 2011-ci ildə Müəmmar Qəddafi rejiminin devrilməsindən sonra dağılma astanasında olan ölkənin bütövlüyünü bərpa etməyə ümid bəsləyir. Liviyanın ayrıca rayonları hələ də İŞİD terror qruplaşması ilə əlaqəli olan yaraqlıların nəzarəti altındadır.
cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.

Dubayda qızıldan piyada yolu salınacaq

BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.