"Milan" əfsanəvi futbolçusu Paolo Maldiniyə klubun texniki direktoru olmaq təklifi edib.
Qol.az-ın İtaliya mətbuatına istinadən yaydığı xəbərə görə, bununla bağlı klubun baş direktoru Massimo Fassone keçmiş oyunçu ilə görüşüb. P.Maldinin təklifi dəyərləndiymək üçün bir neçə gün vaxt istəyib.
Qeyd edək ki, P.Maldini futbolçu karyerası ərzində 1984-2009-cu illərdə "Milan"ın əsas komandasında çıxış edib.
Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.