“Arsenal”ın yarımmüdafiəçisi Santi Kazorla “Atletiko”ya transfer olacağı barədə yayılan xəbərlərə münasibət bildirib.
Qol.az-ın “Sky Sports”a istindən yaydığı xəbərə görə, ispan yarımmüdafiəçi klubunu dəyişmək fikrində olmadığını qeyd edib:
“Atletiko” əla komandadır. Simeone böyük işlər görüb. İspaniya çempionu olmaq və 2 dəfə Çempionlar Liqasında final oynamaq asan deyil. Lakin mən “Arsenal”da xoşbəxtəm. Məşqçilər korpusunun və komanda yoldaşlarımın inamını hiss edirəm. Klubun bir parçasıyam. Təklif olacağı halda, “Arsenal”la müqaviləmi yeniləyəcəyəm”.
Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.