banner
banner

İdman

Aleksandr Əliyev klubsuz qaldı

Aleksandr Əliyev klubsuz qaldı

Ukrayna millisinin sabiq üzvü Aleksandr Əliyev klubsuz qalıb. 

Qol.az-ın Qazaxıstan mətbuatına istinadən yaydığı xəbərə görə, əslən azərbaycanlı yarımmüdafiəçi “Taraz”dan ayrılıb. 

Bu haqda Qazaxıstan təmsilçisinin idman direktoru Kanat Şertayev açıqlama verib: “Biz qarşılıqlı razılıq əsasında müqaviləni pozduq. Futbolçunun ailəsində problem var. Buna görə də o, Qazaxıstanı tərk etməli oldu”. 

Xatırladaq ki, Aleksandr Əliyev “Taraz”la bu ilin iyulunda müqavilə imzalamışdı. Bu klubda Əliyev meydana çıxdığı 13 görüşdə 1 qol vurub.

cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messinin imzalı forması oğurlandı

Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.

Keyn Messinin rekordunu qırdı

“Bavariya”nın hücumçusu Harri Keyn UEFA Çempionlar Liqasında 30 yaşdan sonra vurulan qolların sayına görə yeni rekord müəyyənləşdirib.

Ronaldodan gözlənilməz qərar

"Əl-Nəsr"in ulduz hücumçusu Kriştiano Ronaldo gələn il Portuqaliya milli komandasına qayıtmağa və yığma forması ilə "son rəqs"ini etməyə hazırlaşır.

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.