banner
banner

Dünya

Putinin barelyefi olan Ayfon-7 buraxıldı

Putinin barelyefi olan Ayfon-7 buraxıldı

"Caviar" şirkəti Rusiya Prezidenti Vladimir Putinin ad günü münasibətilə üzərində dövlət başçısının qızılla bəzədilmiş barelyefi olan məhdud sayda Ayfon-7 istehsal edib.   

 
Axar.az xəbər verir ki, Putinin şərəfinə buraxılmış Ayfon-7-nin bu modeli "Supremo Putin Damascus" adlanır. Telefonun korpusu Dəməşq poladının naxışı və həcmli detallarla bəzədilib. 
 
Üzərində Putinin bu fikri qeyd edilib: "Biz bütün çağırışlara cavab verəcəyik! Rusiyanın xeyirinə çalışacağıq".   
 
Telefonun dizaynı monoton titan qammalı və bi-metal, soyuq polad fon və qızıl elementlərlə təqdim edilib. Bu smartfonlar cəmi 64 ədəd istehsal edilib. Telefonun yaddaşı 128 gb və 256 gb-dir. Qiyməti isə 207 min rubldur. Sarı qızılla hazırlanmış modelin qiyməti isə 232 min rubldur.   
 
Qeyd edək ki, Putinin ad günü 7 oktyabr tarixindədir.
cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.

Dubayda qızıldan piyada yolu salınacaq

BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.