banner
banner

Sağlamlıq

Bu 5 MƏHSUL baş ağrılarına səbəb olur

Bu 5 MƏHSUL baş ağrılarına səbəb olur

Statistika göstərir ki, dünyada yaşayan insanların 30%-i tez-tez təkrarlanan baş ağrılarından əziyyət çəkir. Maraqlıdır ki, bəzi məhsullar baş ağrılarına səbəb ola bilər.

Miqren və xroniki baş ağrılarından əziyyət çəkən insanlar bu məhsullardan mümkün qədər çəkinməlidir.

Bu məhsullar arasında:

Pendir

Pendirin tərkibində "tiramin" adlı maddə var. Orqanizmə çoxlu miqdarda daxil olduqda bu maddə baş ağrılarına səbəb ola bilər.

Kolbasa və sosis

Bu məhsulların hazırlanması zamanı nitrat, nitritlər və s. konservantlar istifadə olunur. Bu maddələr damarların sıxılmasına səbəb olur. Damarların sıxılması isə baş ağrılarına gətirib çıxardır.

Dondurma

Ən sevdiyimiz desertlərdən biri olan dondurma da baş ağrılarına təkan verə bilər. Soyuq dondurmanın tez-tez yeyilməsi damarların kəskin sıxılmasına səbəb olur. Bu isə ani baş ağrılarına gətirib çıxardır.

Şokolad

Tünd şokolad kofein maddəsi ilə xüsusilə zəngindir. Çoxlu miqdarda tünd şokolad yedikdən sonra  insanda baş ağrısı yarana bilər.

Banan

Banan və xüsusilə də bananın qabığı "tiramin" maddəsi ilə zəngindir. Bu maddə baş ağrılarının inkişafına təkan verir. Banan yedikdə onu çox diqqətlə təmizləyin ki,  qabığın işərisində olan liflər bananın üzərində qalmasın.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Soyuq duş alın, görün nə baş verəcək

Mütəmadi olaraq soyuq duş qəbul etmək insanın fiziki və psixoloji vəziyyətini yaxşılaşdıra, xəstəliyə görə işə çıxmadığı günlərin sayını azalda bilər.

Qarın piylərindən xilas olmaq üçün 5 ərzaqlı resept

Arıqlamaq istəyənlərin, xüsusilə də qarın nahiyəsindəki artıq piylərdən şikayət edənlərin marağına səbəb olan sadə resept mövcuddur. Cəmi 5 inqrediyentdən hazırlanan qatıq qarışımı ara yemək kimi qidalanma rasionuna daxil edilə bilər.

Armudun bilmədiyimiz faydaları

Armud həm dadlı, həm də qida dəyəri yüksək olan meyvələrdən biridir. Tərkibində lif, vitamin və minerallar olduğu üçün sağlamlığa bir sıra faydaları var.