banner
banner

Dünya

Qaçqın düşərgəsinə hücum: 22 hərbçi öldürüldü

Qaçqın düşərgəsinə hücum:

Nigerdə silahlı şəxslərin qaçqın düşərgəsinə hücum zamanı 22 hərbçi həlak olub. 

 
"Report" xəbər verir ki, bu barədə "Reuters" ölkənin baş naziri Briqi Rafiniyə istinadən məlumat yayıb. Məlumata görə, hadisə bir qrup silahlı şəxsin qaçqınlar düşərgəsinə hücumu zamanı baş verib. "Biz Tassalitdə düşərgəyə hücum haqda məlumat əldə etmişik. Son məlumata görə, 22 hərbçi həlak olub" – deyə baş nazir bildirib. 
 
O, əlavə edib ki, ölənlərin sayı arta bilər. Ölkənin mərkəzi hissəsindəki düşərgədə Malidən olan qaçqınlar məskunlaşıblar. Hücuma görə məsuliyyəti hələlik heç bir qruplaşma öz üzərinə götürməyib.
Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.

Dubayda qızıldan piyada yolu salınacaq

BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.