banner
banner

Dünya

Rusiyadan rəsmi açıqlama: ABŞ-ın raketlərini vuracağıq

Rusiyadan rəsmi açıqlama:
Suriyada Əsəd rejiminin ordusuna qarşı ABŞ-ın başçılıq etdiyi koalisiyadan endirilcək istənilən zərbənin qarşısını alacağıq.
 
Axar.az xəbər verir ki, bu sözləri Rusiya Müdafiə Nazirliyinin nümayəndəsi general-mayor İqor Konaşenkov bildirib.
 
Nazirliyin nümayəndəsi bildirib ki, ABŞ raketlərinin istənilən zərbəsi üçün Rusiyanın raketdən müdafiə qurğuları sürpriz ola bilər.
 
Xmeymim və Tartusda yerləşən Rusiya hərbi bazalarında S-300 və S-400 raketdən müdafiə qurğuları var. Raket və havadan endiriləcək zərbələr Suriya hökumətinin nəzarət etdiyi ərazidə Rusiya hərbçiləri üçün aşkar təhlükə yaradacaq və buna qarşı tədbir görmək nəzərdə tutulur.
 
Qeyd edək ki, Rusiyanın raketdən müdafiə sistemləri Suriyada aktiv vəziyyətə gətirilib.
Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.

Dubayda qızıldan piyada yolu salınacaq

BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.