banner
banner

İdman

Rövnəq Abdullayev: "Nəticə kimi qane etmədisə, əlini qaldırsın"

Rövnəq Abdullayev: "Nəticə kimi qane etmədisə, əlini qaldırsın"

DÇ-2018-in seçmə mərhələsində öz meydanında Norveç ilə qarşılaşan milli komandamız 1:0 hesablı qələbəyə sevinib. Keçirdiyi hər 2 oyunda qələbə qazanan yığmamız qrupda liderliyə yüksəlib.

Matç başa çatdıqdan sonra AFFA prezidenti Rövnəq Abdullayev brifinq keçirib və qısa açıqlama verib.

R.Abdullayev deyib ki, oyundan razı qalıb: “Təbii, oyun məni qane etdi. Kimi etmədisə, əlini qaldırsın (gülümsəyir)... Bəli, oyun çox xoşuma gəldi. Gəlin, qəbul edək ki, güclü, iddialı komanda ilə qarşılaşdıq. Hətta dünən jurnalistləri mətbuat konfransına da gəlməmişdi ki, hər şey hazırdı. Ancaq gərək belə arxayınlıq etməyəsən.

Çox sevinirəm ki, seçmə mərhələdə iki oyunda qələbə qazandıq, ilk pillədəyik. Oyunun fərqi yoxdu, əsas nəticədi. Hələ belə bir şey olmamışdı, hamınızı təbrik edirəm.

Biz bu seçmə mərhələyə start verəndə cavanlar belə bir deviz hazırlamışdılar: Niyə də yox?! Məsələn, Rəşad Sadıqov heç kimdən əskik deyil, əksinə hətta artıqdır. Mən də dedim ki, gedin, vuruşun, oynayın, qazanın”.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messinin imzalı forması oğurlandı

Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.

Keyn Messinin rekordunu qırdı

“Bavariya”nın hücumçusu Harri Keyn UEFA Çempionlar Liqasında 30 yaşdan sonra vurulan qolların sayına görə yeni rekord müəyyənləşdirib.

Ronaldodan gözlənilməz qərar

"Əl-Nəsr"in ulduz hücumçusu Kriştiano Ronaldo gələn il Portuqaliya milli komandasına qayıtmağa və yığma forması ilə "son rəqs"ini etməyə hazırlaşır.

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.