banner
banner

Dünya

Dəmirəl Ərdoğana dua etdi

Dəmirəl Ərdoğana dua etdi

Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan səhhətində problem yaranan 9-cu prezident Süleyman Dəmirəli ziyarət edib.

 

ANS PRESS-in məlumatına görə, Ərdoğan həmçinin ötən ay vəfat edən qardaşı Hacı Əli Dəmirələ görə sabiq həmkarına başsağlığı verib.

Bu barədə məlumat və ziyarəti əks etdirən foto ilə video prezident adiminstrasiyasının rəsmi internet saytında yayılıb.

Ziyarət başa çatarkən Dəmirəl, ilk dəfə xalq tərəfindən seçilən prezident olduğu, ölkə və dünya gündəmini ən yaxşı şəkildə təqib etdiyi və problemlərin həlli yolunu tapmaq üçün çalışdığını deyərək prezident Ərdoğana, “Allah yardımçınız olsun” – deyərək dua edib.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.

Dubayda qızıldan piyada yolu salınacaq

BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.