banner
banner

Sağlamlıq

Burnum axır. Nə edim? HƏKİM MƏSLƏHƏTİ

Burnum axır. Nə edim?

Zökəm orqanizmin qoruyucu reaksiyalardan biridir. Burnun daxilində xüsusi hüceyrələr var. Bu hüceyrələr selik ifraz edir.

Bu seliyin olması çox vacibdir. Selik burun boşluğuna nəfəsalma zamanı düşən toz, mikroblar, virusları və s. yuyub aparır. Mikrobların və ya virusların sayı artdıqda seliyin miqdarı da artır. Orqanizm bununla mikrob və viruslardan tez bir zamanda azad olmağa çalışır. Məhz bu səbəbdən bakterial və ya virus infeksiyaların ilk simptomlarından biri zökəmdir. Zökəm zamanı burnumuzdan gün ərzində 2 l qədər selik ifraz oluna bilər.

Virus infeksiyası zamanı burundan şəffaf selik, bakterial infeksiyası zamanı sarılı-yaşıllı irinə oxşar maye ifraz olunur.

Zökəm mütləq müalicə olunmalıdır. Uzun müddət ərzində müalicə olunmayan zökəm haymorit kimi ağır fəsadın inkişafına səbəb ola bilər.

Lor həkimləri zökəm zamanı xəstələrə bu kimi tövsiyələr verir:

1. Parça dəsmallardan deyil, birdəfəlik kağız dəsmallardan istifadə edin. Bu ifraz olunmuş mikrobların yenidən burun boşluğuna düşməsininin qarşısını alır.

2. Burnunuzu təmizləyəndə, əvvəl burnun bir hissəsini (bu zaman digər hissəsini barmaqla sıxmaq lazımdır), sonra o biri hissəsini təmizləyin.

3. Burnunuzu təmizləyəndə ağzınızı bir qədər açıq saxlayın. Bu mikrobların burunla qulağı daxildən birləşdirən yevstaxi borusu ilə qulağa düşməsinə və burada iltihabın inkişafına mane olacaq.

4. Mayenin qəbulunu artırır.

5. Zökəm zamanı adətən damardaraldıcı damcılardan istifadə olunur. Bu damcılar çox yaxşı kömək edir, ödemi azaldır və seliyin daha asan axmasına kömək edir. Lakin bu damcıları 7 gündən artıq istifadə etmək olmaz.

6. Xalq təbabəti vasitələrdən zökəm zamanı xardal əlavə olunmuş isti ayaq vannaları yaxşı kömək edir. 5 l isti suya 3 x.q. xardal tozu tökün. Yatmazdan əvvəl bu suda ayaqlarınızı 15 dəqiqə saxlayın, sonra yaxşı qurulayın və yun corab geyinin.

7. Zəncəfil çayı da soyuqdəymə və zökəm zamanı ən sınanmış vasitələrdən biridir. 3-4 sm olan zəncəfil kökü sürtgəcdən keçirilir, 1 stəkan qaynar suda 20-30 dəqiqə ərzində dəmlənilir, süzülür, bal və limon əlavə olunur.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Soyuq duş alın, görün nə baş verəcək

Mütəmadi olaraq soyuq duş qəbul etmək insanın fiziki və psixoloji vəziyyətini yaxşılaşdıra, xəstəliyə görə işə çıxmadığı günlərin sayını azalda bilər.

Qarın piylərindən xilas olmaq üçün 5 ərzaqlı resept

Arıqlamaq istəyənlərin, xüsusilə də qarın nahiyəsindəki artıq piylərdən şikayət edənlərin marağına səbəb olan sadə resept mövcuddur. Cəmi 5 inqrediyentdən hazırlanan qatıq qarışımı ara yemək kimi qidalanma rasionuna daxil edilə bilər.

Armudun bilmədiyimiz faydaları

Armud həm dadlı, həm də qida dəyəri yüksək olan meyvələrdən biridir. Tərkibində lif, vitamin və minerallar olduğu üçün sağlamlığa bir sıra faydaları var.