banner
banner

Dünya

Bu gün BMT-nin yeni baş katibi seçiləcək

Bu gün BMT-nin yeni baş katibi seçiləcək
Bu gün BMT-nin yeni baş katibi seçiləcək.
 
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bu posta yeganə namizəd Portuqaliyanın sabiq baş naziri Antoniu Quterreşdir. Səsvermə BMT-nin Nyu-Yorkda yerləşən mənzil-qərargahında yerli vaxtla saat 10:00-da baş tutacaq. Səsvermədən sonra BMT-nin hazırkı baş katibi Pan Qi Mun və A.Qutyerreş arasında görüş keçiriləcək. BMT Təhlükəsizlik Şurası oktyabrın 6-da təşkilatın baş katibi postuna Antoniu Quterreşin namizədliyini irəli sürüb.
 
BMT-nin hazırkı baş katibi Pan Qi Munun səlahiyyət müddəti başa çatır. Onun yerinə seçiləcək şəxs vəzifəsinin icrasına 2017-ci il yanvarın 1-də başlayacaq.
 
67 yaşlı A.Quterreş 1995-2002-ci illərdə Portuqaliyanın baş naziri, 2005-2015-ci illərdə isə BMT-nin Qaçqınlar İşi üzrə Ali Komissarı olub.
Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.

Dubayda qızıldan piyada yolu salınacaq

BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.