"Qəbələ"nin Avropa Liqasının qrup mərhələsindəki rəqibi "Anderlext"in futbolçusu Aleksandru Çipçiu zədələnib.
Qol.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, Rumıniya millisinin yarımmüdafiəçisinin DÇ-2018-in seçmə mərhələsində Qazaxıstana qarşı görüşdə (0:0) zədə alıb. Onun 1 ay yaşıl meydanlardan uzaq qalacağı bildirilib.
A.Çipçiunun noyabrın 24-ü keçiriləcək "Qəbələ" ilə görüşə kimi hazır olacağı gözlənilir.
Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.