Bəzi qidalar sürətli düşünməyə, duyğu üzvlərimizin yaxşı vəziyyətdə olmasına, diqqətsizlik probleminin həllinə və xatırlama qabiliyyətinin artmasına kömək edir.
50 yaşını keçən bəzi insanlarda unutqanlıq problemi görülür. Yaddaşı və zəkanı gücləndirmək üçün faydalı hesab olunan B, E və C vitaminlərindən istifadə etmək olar. B vitamini əksik olduqda yaddaş performansı o qədər yüksək olmur.
Quru paxlalılar, qatıq, süd, pendir, toyuq yumurtası, yerfıstığı, banan, alma kimi tərkibində B vitamini olan meyvə və tərəvəzlər hafizəni yaxşı formada saxlamağa kömək edir.
Onuda qeyd etmək lazımdır ki, qüvvətli zülal qaynaqlarından biri yumurtadır. Bu qida növü də böyümə və inkişafa təsirlidir. Bir sıra mütəxəssislər, irəli yaşlarda xroniki xəstəliyi olmayanların belə yumurta yeməsini təklif edir. Çünki yumurta yaddaşın güclənməsinə yaxşı təsir göstərir.
Yaddaşı gücləndirən qidalardan biri alma qabığıdır. Alma qabığının içində olan antioksidantlar hafizə və yaddaş itkinlərinə qarşı qoruyucudur.
Gün ərzində bir ədəd alma yemək ümumi sağlamlıq üçün də faydalıdır.
Diqqət problemi olanlar isə istəyə uyğu qoz, fındıq və digər çərəzlərdən faydalana bilər.
Omega-3 baxımından zəngin olan qoz, fındıq, fıstıq kimi qidalar qavrama problemi olanlara təsirlidir.
Kök isə beyinin maddələr mübadiləsini canlandıraraq, xatırlama qabiliyyətini artırır. Həmçinin tərkibində beyinin maddələr mübadiləsini canlandıran fermentlər var. Zəncəfil, avokado və bəzi ədviyyatlar da yaddaşı gücləndirməyə təsirlidir.
Soyuqdəymə zamanı bir çox insan burun axıntısından, boğaz ağrısından və digər narahatlıqlardan tez qurtulmaq üçün xalq təbabəti üsullarına müraciət edir. Lakin uşaqlıqdan eşitdiyimiz və illərdir istifadə etdiyimiz bəzi üsullar sağalmağa kömək etmək əvəzinə, vəziyyəti daha da ağırlaşdıra bilər.
Arıqlamaq istəyənlərin, xüsusilə də qarın nahiyəsindəki artıq piylərdən şikayət edənlərin marağına səbəb olan sadə resept mövcuddur. Cəmi 5 inqrediyentdən hazırlanan qatıq qarışımı ara yemək kimi qidalanma rasionuna daxil edilə bilər.
Payızda tez yorulmaq, üşümək və davamlı şirniyyat yemək istəyi bəzən sadəcə gün işığının azalması ilə deyil, sağlamlıq problemləri ilə də bağlı ola bilər.
Beynəlxalq tədqiqat ultra emal olunmuş qidaların qəbulu ilə bağırsaq xərçəngi riski arasında ümumi əlaqə aşkar etməsə də, bəzi qida qruplarının fərqli təsirlərlə əlaqəli olduğunu üzə çıxarıb.
Armud həm dadlı, həm də qida dəyəri yüksək olan meyvələrdən biridir. Tərkibində lif, vitamin və minerallar olduğu üçün sağlamlığa bir sıra faydaları var.
Yatmazdan əvvəl serial izləmək və ya audiokitab dinləmək əvəzinə yağışın, dəniz dalğalarının, meşənin və ya çəmənliyin səslərini dinləmək həm yuxunun keyfiyyətini yaxşılaşdıra, həm də insanın emosional vəziyyətinə müsbət təsir göstərə bilər.
Kardioloq xəbərdarlıq edir ki, həddindən artıq isti və rütubətli hava ürəyin iş yükünü artıraraq infarkt riskini yüksəldə bilər. Xüsusilə yaşlı insanlar, xroniki xəstəliyi olanlar və ürək dərmanları qəbul edən şəxslər yay aylarında daha ehtiyatlı olmalıdırlar.
Britaniyalı ümumi praktika həkimi Əmir Xan əlavə xərc tələb etməyən, lakin fiziki və psixi sağlamlığı yaxşılaşdıra bilən beş səhər vərdişini sadalayıb.