Fransanın paytaxtı Parisdə 12 karikaturaçının ölümü ilə nəticələnən terror hücumundan sonra mötədil müsəlmanlar da təhrik edici virtual hücuma məruz qalıblar.
ANS PRESS-in məlumatına görə, tvitter mikrobloqunda “killallmuslims” (Müsəlmanları öldürün) heşteqi ilə müsəlmanlara qarşı nifrət aşılayan minlərlə ismarış yayılıb.
Tamamilə təxribat məqsədli yayılmış heşteq 15 dəqiqəyə yaxın tvitterin efirində qalıb.
Bir müddət sonra müsəlmanların da etiraz ismarışlarından sonra tvitter rəhbərliyi bu heşteqlə yazılmış ismarışları silib.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.
BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.