ABŞ-da qar və soyuq hava şəraiti insanların səfər planlarını təxirə salması ilə nəticələnib.
ANS PRESS-in məlumatına görə, çərşənbə axşamı ölkənin paytaxtı Vaşinqtonda 12 santimetr hündürlüyündə qar yağıb.
İllinoys ştatının Çikaqo şəhərində dərmir yolu rəsmiləri kəskin soyuq hava proqnozlaşdırıldığı üçün mühərrikləri axşam söndürməyib. Stansiyanın işçiləri eletkrik verilməsinə nəzarət etmək üçün növbə ilə işləyib.
ABŞ-ın şərq və mərkəzi bölgələrində isə növbəti iki gündə temperaturun daha da aşağı olacağı gözlənilir.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.
BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.