banner
banner

İdman

"Messi dönəmi başa çatır" - Suares

"Messi dönəmi başa çatır"

"Barselona" klubunun hücumçusu Luis Suares baş məşqçi Luis Enrike ilə problem yaşadığı iddia olunan və komandadan ayrılacağı söylənilən Lionel Messi haqda danışıb.

Qol.Az-ın məlumatına görə, "Cadena SER"ə danışan uruvaylı futbolçu "Barselona"da Messi dönəminin başa çatmaq üzrə olduğunu bildirib:

"Məncə, Messi "Barselona"da olmaqdan məmnundur. Onu bu səviyyəyə "Barsa" gətirdi. Kiçik yaşlarından hər zaman yanında oldu. Ancaq astronomik təklif gələrsə, Messi komandadan ayrıla bilər. "Barselona"da Messi dönəminin sona yaxınlaşdığını söyləmək olar".

Qeyd edək ki, Messinin "Barselona" ilə müqaviləsinin müddəti 2018-ci ildə başa çatacaq.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messinin imzalı forması oğurlandı

Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.

Keyn Messinin rekordunu qırdı

“Bavariya”nın hücumçusu Harri Keyn UEFA Çempionlar Liqasında 30 yaşdan sonra vurulan qolların sayına görə yeni rekord müəyyənləşdirib.

Ronaldodan gözlənilməz qərar

"Əl-Nəsr"in ulduz hücumçusu Kriştiano Ronaldo gələn il Portuqaliya milli komandasına qayıtmağa və yığma forması ilə "son rəqs"ini etməyə hazırlaşır.

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.