banner
banner

Dünya

"Düşmənə etibar etmək olmaz"

"Düşmənə etibar etmək olmaz"

"Amerika Birləşmiş Ştatlarına nüvə proqramı məsələsində etibar etmək olmaz". ANS PRESS-in məlumatına görə, İranın ali dini lideri Ayatullah Əli Xamneyi belə bir açıqlama ilə çıxış edib. Dini lider qeyd edib ki, o, Amerikanın rəsmi Tehranın nüvə proqramı ətrafında vəziyyəti normallaşdırmaq planına şübhə ilə yanaşır. Onun sözlərinə görə, plan səmimi plan deyil.

“Sanksiyaların qaldırılması müqabilində qoyulan şərtlərin icra olunmasına əgər sənin qeyrətin yol vermirsə, sən nə etməlisən? Onlar bizdən İslamı tərk etməyi, müstəqilliyi, elmdə inkişafı tərk etməyi istəyirlər. Əlbəttə, bunu qəbul etməyəcəyik. Amerika həyasızca vurğulayır ki, hətta İran nüvə proqramı məsələsində geri addım atsa belə, ona qarşı sanksiyalar tamamilə ləğv edilməyəcək. Bu, göstərir ki, düşmənə etibar etmək olmaz. Biz danışıqlara qarşı deyilik. İcazə verin nə demək istəyirlərsə, desinlər. Lakin onlar reallığa söykənməli, uydurma maddələrlə çıxış etməməlidirlər”.

İranla danışıqlar aparan 6-lıq ölkələri bu ölkənin nüvə silahına malik olmasına qarşı çıxırlar. İran nüvə proqramının sülhməqsədli olduğunu iddia edir və proqramdan istifadə etməkdə bərabər hüquqa malik olduğunu vurğulayır.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.

Dubayda qızıldan piyada yolu salınacaq

BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.