Qırğızıstanda qeyri-adi siyasi böhran qızışmaqdadır.
Virtualaz.org xəbər verir ki, buna səbəb parlamentdə deputatların Konstitusiyaya düzəlişləri müzakirəyə çıxardığı vaxt ölkənin əsas qanunun əslinin tapılmamasıdır. Məlum olub ki, Konstitusiyanın əsli nə prezident administrasiyasında, nə digər dövlət orqanlarında yoxdur.
Konstitusiyanın əslinin itməsinin üzə çıxmasından bir gün sonra parlamentdə dövlət orqanlarının legitimliyi məsələsi qaldırılıb. Deputat Almambet Şıkmamatov deyib ki, Konstitusiyanın əsli Ədliyə Nazirliyində və ya Baş prokurorluqda deyil, prezident Administrasiyasında olmalıdır. “Əgər Konstitusiya yoxdursa avtomatik olaraq bütün hakimiyyət qollarının legitimliyi sual altına düşür”-deputat bildirib.
Deputatın fikrincə əsas qanunu tapa bilməyən prezidenti administrasiyasının məsul işçiləri cəzalandırılmalıdır. “Bizə məlum olub ki, Konstitusiyanın əsli yoxa çıxıb, deməli biz dalan vəziyyətindəyik”-o bildirib.
Konstitusiyanın itməsini hakim “Ara Meken” partiyasından deputat Aida Salyanova üzə çıxarıb. O, konstitusiyaya düzəlişlərə dair referendumun təyin edilməsi haqda müzakirələrdə deyib ki, ölkənin əsas qanunun orijinalı yoxdur.
Ədliyyə naziri Jıldız Mambetaliyeva və prezidentin parlamentdəki səlahiyyətli nümayəndəsi Moldakun Abdıldayev Konstitusiyanın harada olduğu haqda suala cavab verə bilməyiblər. Bu səbəbdən parlamentdə qalmaqal yaranıb.
Konstitusiyanı tapa bilməsələr də qırğız deputatlar ona dəyişikliklər edilməsinə dair referendumun dekabrın 11-nə təyin edilməsinə qərar veriblər. Dəyişikliklər paketinə əsasən parlamentin səlahiyyətləri genişləndirilir, prezidentin səlahiyyətləri azaldılır. Qırğızıstan parlament-prezident üsul idarəçiliyinə keçir. Habelə hakimiyyəti tənqid etmək təhlükəli işə çevrilir və vətənə xəyanət hesab oluna bilər.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.
BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.