Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, hazırda "İslam dövləti" döyüşçüləri tərəfindən tutulmuş İraq şəhəri Mosul nə vaxtsa Türkiyəyə aid olub.
Virtualaz.org-un məlumatına görə, bu haqda o, Bursa şəhərindəki çıxışında deyib.
"Anlamaq lazımdır ki, İraqda çox qədim şəhərlər var. Tarixdə Kərkük bizim şəhər olub, Mosul bizim idi", - deyə o vurğulayıb.
O, Qərbi tənqid edib və bildirib ki, “Qərb ölkələri bugünkü ana qədər İraq və Suriya üçün, sözün əsl mənasında, heç nə etməyiblər".
"Özləri heç nə etmirdilər, üstəlik bizim kimi nəsə etmək istəyən millətlərə də mane olurdular”, - Ərdoğan vurğulayıb.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.