banner
banner

Dünya

Yəmənə aviazərbələr davam etdirilir

Yəmənə aviazərbələr davam etdirilir
Səudiyyə Ərəbistanının başçılıq etdiyi Ərəb koalisiyası Yəmənlə barışıq vaxtını uzatmaqdan imtina edərək, aviazərbələri bərpa edib. 
 
Musavat.com "SANA" agentliyinə istinadən xəbər verir ki, Yəməndə atəşkəs rejimi 20 oktyabrdan  72 saata tətbiq edilmişdi.
 
Məlumata görə, bu gün səhər koalisiya qüvvələri Yəmənin paytaxtı Səna şəhərinə doqquz aviazərbə endirib. Ölənlər barəsində məlumat verilmir. Koalisiyanı dəstəkləyən Yəmən hökumətinin xarici işlər nazirliyi atəşkəsi uzaltmağı mənasız hesab etdiklərini bildirib.
cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.

Dubayda qızıldan piyada yolu salınacaq

BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.