banner
banner

Dünya

Ərdoğan: Putinin dəstəyinə ehtiyacım var

Ərdoğan: Putinin dəstəyinə ehtiyacım var

Möhtərəm dostum Putinin Yaxın Şərq böhranı və terrorla mübarizədə dəstəyinə ehtiyacım var.

Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan “Rossiya-1” kanalında Mixail Qusmanın təqdimatında keçirilən “Formula Vlasti” proqramında söyləyib: “Rusiya ilə əməkdaşlığımız üçün lazım olan hər bir addımı atmağa hazırıq”.

Ərdoğan Rusiya və Türkiyənin iki qonşu dövlət olduğunu və sülh üçün birlikdə hərəkət etmələrinin lazım olduğunu vurğulayıb: “Bir-birimizə elə çox yaxınıq ki, məsələn, mən müraciət etsəm, Soçidən səsimi eşidərlər, Soçidən müraciət etsələr, mən eşidərəm. Sülh üçün birlikdə hərəkət etmək lazımdır. Birlik və həmrəylik içərsində addım atmağımıza ehtiyac var. Bütün Rusiya xalqına öz xalqım adından səmimi arzularımı yetirirəm. Spasibo!”.

Qeyd edək ki, veriliş efirə oktyabrın 22-si gedib.(oxu.az)



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.

Dubayda qızıldan piyada yolu salınacaq

BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.