Oktyabrın 11-də Portuqaliya yığması ilə yoldaşlıq görüşü keçirəcək Fransa millisi ciddi itki ilə üzləşib.
Qol.Az-ın "L'Equipe"ə istinadən verdiyi məlumata görə, komandanın hücumçusu Kərim Benzema zədələnib.
Məşqdə ombasından zədələnən təcrübəli futbolçunun hansı müddətə sıradan çıxdığı hələlik məlum deyil. Benzemanın Portuqaliya ilə oyunda iştirak edib-etməyəcəyinə tibbi müayinədən sonra aydınlıq gələcək.
Qeyd edək ki, oktyabrın 11-də keçiriləcək Fransa - Portuqaliya oyunu Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.
Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.