Özbəkistanın paytaxtı Daşkənddə tikilməkdə olan fərdi yaşayış evi uçub. “Sputnik-Özbəkistan” agentliyinin verdiyi xəbərə görə, hadisə nəticəsində 3 nəfər ölüb, 2-si xəsarət alıb.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları, təcili yardım briqadaları cəlb olunub.
İlkin versiyaya əsasən, ev tikinti qaydalarının kobud pozulması səbəbindən uçub. Faktla bağlı araşdırma aparılır.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.
BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.