Musavat.com-un məlumatına görə, amerikalı jurnalist Devid İqnatius PKK-nın Suriya qolu YPG-nin nəzarətindəki Suriya Demokratik Qüvvələrindən bir heyətin “İncirlik”də Türkiyədə çevrilişə cəhd edən generallarla görüşdüyünü iddia edib.
Devid İqnatiusun “Washinton Post”da “Orta Şərq ABŞ-a güvənməməsinin səbəbini bilir” başlıqlı məqaləsi dərc olunub. Məqalədə ABŞ-ın Orta Şərqdəki savaş taktikası tənqid edilib:“ABŞ Orta Şərqdə “etibarnamə” müharibəsi aparır, şərtlər və regional siyasət dəyişəndə isə ABŞ-ın yerli qüvvələri başından atmaq kimi pis bir vərdişi var. ABŞ əvvəlcə yerli qüvvələri aldadıb tərəfinə çəkir, istədiyi vaxt isə tərk edir. Bu, onların ABŞ-a güvənməməsinin əsas səbəbidir. İraq, Misir və Liviyada özünü risqə atan bu qüvvələrin arxasından qaçan Amerika indi də İŞİD-ə qarşı mübarizədə ən yaxşı tərəfdaşı kimi təqdim etdiyi YPG-ni yarı yolda qoydu. Bununla da Amerika Orta Şərqdə müttəfiq kimi təhlükəli olduğunu göstərdi”.
Devid İqnatius ABŞ-ın Türkiyə-PKK mübarizəsini də idarə etməyə çalışdığını, lakin bu yöndə uğursuzluqla üzləşdiyini bildirib:“ABŞ may ayında YPG-nin nəzarətindəki Suriya Demokratik Qüvvələrindən (SDG) olan heyəti türk generallarla görüşdürmək üçün “İncirlik” hərbi hava bazasına gətirdi. Lakin bu, bir işə yaramadı. SDG ilə görüşən generallar indi hərbi çevriliş cəhdinə görə həbsdədirlər”.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.
BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.