banner
banner

Dünya

Avropada millətçilik güclənəcək - “The Telegraph”

Avropada millətçilik güclənəcək

Fransada terrorçuların “Charlie Hebdo” satirik jurnalının redaksiyasına hücumu və bunun nəticəsində 12 nəfərin ölməsi dünyanın aparıcı KİV-də əsas müzakirə mövzusuna çevrilib.

CİA.Az Modern.az-a istinadən xəbər verir ki, Böyük Britaniyanın “The Telegraph” nəşri Parisdə törədilən terror aktından sonra Parisdə millətçiliyin güclənəcəyini bildirib.

Nəşr bildirib ki, Fransada başlayacaq anti-İslam millətçiliyi bir müddətdən sonra Avropa Birliyi ölkələrində fəaliyyət göstərən millətçi təşkilatlara təkan verəcək.
Məşhur KİV orqanı müqayisə üçün Almaniyada fəaliyyət göstərən və Avropanın islamlaşmasına qarşı çıxan radikal PEGİDA qrupunu nümunə gətirib.

Nəşr onu da bildirib ki, “Charlie Hedbo” jurnalının redaksiyasına hücumun gözlənilən olduğunu da vurğulayıb: “Çünki müsəlmanlar xaçpərəst və yəhudilərdən fərqli olaraq heç bir halda dinlərinin ələ salınması ilə barışa bilmirlər”,deyə yazılıb.

Qeyd edək ki, yanvarın 7-də üç terrorçunun hücumu zamanı jurnalın baş redaktoru Stefan Şarbonye də daxil olmaqla 10 jurnal əməkdaşı və daha 2 polis nəfəri həlak olub. Terrorçuların əslən əlcəzairli qardaşlar Səid və Şərif Kaşidir. Üçüncü terrorçu Hamid Muradın hadisədən sonra polisə təslim olduğu bildirilir.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.

Dubayda qızıldan piyada yolu salınacaq

BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.