"Mançester Yunayted" klubu Viktor Valdesin transferini rəsmiləşdirib.
Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, ispaniyalı qolkiperlə 1,5 illik müqavilə imzalanıb.
Ötən ilin mart ayında zədələnən 33 yaşlı qapıçı 3 ay idi ki, "Mançester Yunayted"in məşqlərində iştirak edirdi. "Mançester Yunayted"in formasını geyinmək böyük qürurdur. Buraya gəldiyim ilk günlərdə "Mançester Yunayted" yazısını gördüyümdə özümü yuxuda hiss etdim" - deyə Valdes bildirib.
Qeyd edək ki, "Barselona" yetirməsi olan Valdes 2002-2014-cü illərdə Kataloniya təmsilçisinin şərəfini qoruyub.
Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.