Obama Ərdoğana zəng vurdu - 1 SAAT 25 DƏQİQƏLİK KRİTİK SÖHBƏT
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla ABŞ prezidenti Barak Obama arasında telefon danışığı olub.
Azvision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, tərəflər arasında 1 saat 25 dəqiqə davam edən telefon söhbəti Amerika tərəfinin təşəbbüsü ilə baş tutub.
Telefon danışığı zamanı başda Suriya və İraq olmaqla bölgədə İŞİD-ə qarşı mübarizə məsələsində qətiyyətli olduqlarını təsdiq edərək, Şimali İraqda PKK-nın məskunlaşmasının qarşısının alınmasında ortaq mövqe sərgiləyib, İraqın suverenliyi və ərazi bütövlüyünü tandıqlarını deyiblər.
Prezident Obama İŞİD terror qruplaşması ilə mübarizədə səylərin əlaqələndirilməsinin vacibliyini vurğulayıb. Obama Türkiyənin İŞİD-ə qarşı İraqda iştirakının müvafiq səviyyədə müəyyənləşdirmək üçün rəsmi Ankara və Bağdad arasında davam edən dialoqu alqışlayıb.
Prezident Obama həmçinin Suriya müxalifətinə göstərdiyi dəstəyə görə Türkiyəyə minnətdarlığını bildirib, Suriyanın şimal-qərbində İŞİD-ə qarşı birgə əməkdaşlığın önəmliyini vurğulayıb.
Öz növbəsində Ərdoğan İŞİD və PKK daxil olmaqla bölgənin bütün terror qruplaşmalarından təmizlənməsinin vaciliyini diqqətə çatdırıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.
BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.