Avropa Komissiyasının rəhbəri Jan Klod Yunker Avropa Birliyinin Ukraynaya əlavə 1,8 mlrd avro ayırmaq niyyətində olduğunu bildirib. APA-nın “Feans Press”ə istinadən verdiyi xəbərə görə, Yunkerin sözlərinə əsasən, ayrılacaq vəsait ağır problemlərlə üzləşmiş Ukraynada siyasi və iqtisadi islahatların dəstəklənməsinə yönəldiləcək.
“Avropa Komissiyası 1,8 mlrd avro həcmində vəsait ayırmaqla Ukraynaya maliyyə yardımını genişləndirməyə qərar verib”, deyə Yunker qeyd edib.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.
BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.