banner
banner

Dünya

Tramp "Rus casusu" çıxarıldı

Tramp "Rus casusu" çıxarıldı
ABŞ-ın Demokratlar Partiyasının lideri Harri Rid Federal Təhqiqatlar Bürosunun (FBI) rəhbəri Ceyms Komidən tələb edib ki, respublikaçıların prezidentliyə namizədi Donald Trampın Rusiya hökumətilə münasibətləri haqqında faktları açıqlasın.
 
"Mənim sizinlə və milli təhlükəsizlik sahəsində çalışan digər yüksək rütbəli şəxslərlə söhbətlərim zamanı məlum oldu ki, sizdə Donald Trampın Rusiya hökumətilə əlaqələri haqqında sensasion informasiyalar var. Bu informasiyalardan xəbərdar olmaq cəmiyyətin haqqıdır",- deyə Harri Rid öz saytında dərc etdiyi açıq məktubda bildirib.
 
Harri Rid həmçinin, FTB rəhbərini “ikili standart”larda ittiham edərək bildirib ki, FTB öz fəaliyyətində obyektiv deyil, çünki Hillari Klintona aid faktları dərhal “mənfi prizmadan təqdim etməkdən” çəkinmir. Qeyd edək ki, burada söhbət Hillari Klintonun elektron poçtundan oğurlanan məktubların yayımlanmasına FTB-nin reaksiyasından gedir. (virtualaz.org)


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.

Dubayda qızıldan piyada yolu salınacaq

BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.