banner
banner

Sağlamlıq

Gecə yatmazdan 1 saat əvvəl içsəniz...

Gecə yatmazdan 1 saat əvvəl içsəniz...

Hər insanın yuxuya getmək və ya yatmaq rejimi fərqlidir. Elə adam var ki, yatağına uzanan kimi yuxulayır. Eləsi də var ki, saatlarla yerində o yan-bu yana çevrilsə də, yata bilmir. Gecəni rahat yatmaq istəyirsinizsə, yatmadan bir saat əvvəl Aile.lent.az-ın təqdim etdiyi bu sakitləşdirici və təbii içkiləri için.

 

Badam südü

Süd sevirsinizmi? Onda özünüzə bir stəkan badam südü töküb için. Fasiləsiz, rahat yuxunun dadını çıxaracaqsınız.

 

Ballı bir içki

Balda olan təbii şəkər bədənin insulin səviyyəsini yüksəldir və triptofanın asanlıqla beyinə girməsinə yardım edir.

 

Çobanyastığı çayı

Araşdırmaçılar çobanyastığı çayının sakitləşdirici təsirinin olduğunu deyir.

 

Pişikotu çayı

Yüz illərdir yuxusuzluq xəstəliyinin əlamətlərini azaltmaq üçün çarə olan güclü bir bitkidir.

 

Gilənar suyu

Gilənar suyunun tərkibində yuxu gətirən hormon olaraq bilinən və bioloji saatı tənzimləyən melatonin yüksək səviyyədə olur.

 

Bananlı "smoothie"

İdman edərkən "smoothie"nizin içinə banan da əlavə edin. Həm yatmanıza yardımçı olar, həm də gecə əzələ ağrılarının qarşısını alar.

 

Süd

Bir stəkan adi süd həmişə rahatlamağa kömək edir. Həm də stressi azaltmağa yardımçı olan kalsiumla zəngindir.

 Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Soyuq duş alın, görün nə baş verəcək

Mütəmadi olaraq soyuq duş qəbul etmək insanın fiziki və psixoloji vəziyyətini yaxşılaşdıra, xəstəliyə görə işə çıxmadığı günlərin sayını azalda bilər.

Qarın piylərindən xilas olmaq üçün 5 ərzaqlı resept

Arıqlamaq istəyənlərin, xüsusilə də qarın nahiyəsindəki artıq piylərdən şikayət edənlərin marağına səbəb olan sadə resept mövcuddur. Cəmi 5 inqrediyentdən hazırlanan qatıq qarışımı ara yemək kimi qidalanma rasionuna daxil edilə bilər.

Armudun bilmədiyimiz faydaları

Armud həm dadlı, həm də qida dəyəri yüksək olan meyvələrdən biridir. Tərkibində lif, vitamin və minerallar olduğu üçün sağlamlığa bir sıra faydaları var.