banner
banner

Dünya

İtaliyada yenidən zəlzələ oldu

İtaliyada yenidən zəlzələ oldu
İtaliyanın mərkəzi bölgəsində 4,8 bal gücündə zəlzələ baş verib.
 
APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, yeraltı təkanlar yerli vaxtla saat 02:35-də qeydə alınıb. Zəlzələnin episentri paytaxt Romadan 134 km şimalda, Peruca şəhərindən 55 km şərqdə, ocağı isə 8 km dərinlikdə yerləşib. Dağıntı və zərərçəkənlər barədə məlumat verilmir.
 
Qeyd edək ki, avqustun 24-də İtaliyada baş verən güclü zəlzələ 298 nəfərin həyatına son qoyub. Oktyabrın 26-da ölkədə 5,9 bal, oktyabrın 30-da isə 6,5 gücündə yeni yeraltı təkanlar qeydə alınıb.
Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.