banner
banner

İdman

“Qarabağ”dan möhtəşəm qələbə

“Qarabağ”dan möhtəşəm qələbə

Avropa Liqasının qrup mərhələsində IV turun oyunları çərçivəsində Azərbaycan çempionu “Qarabağ” Yunanıstanda növbəti oyununa çıxıb. Cia.az saytı xəbər verir ki, matç Saloniki şəhərinin "Tumba" stadionunda keçirilib. İki həftə əvvəl Bakıda Yunanıstanın PAOK komandasını 2:0 hesabı ilə məğlub edən “Qarabağ” bu dəfə də meydana qələbə üçün çıxmışdı. Bütün oyun ərzində üstünlüyünü qoruyan komandamız oyunun 69-cu dəqiqəsində istəyinə çatıb. Miçel Madera vurduğu qolla komandamızı hesabda önə çıxarıb.

Sonrakı dəqiqələrdə də bir neçə dəfə fərqlənməyə yaxın olan Qurban Qurbanovun komandası istəyini qola çevirə bilməyib. Beləliklə, “Qarabağ” səfərdən 3 xalla dönərək aktivindəki xalları 7-yə çatdırib. Bununla da “Qarabağ” turnir cədvəlindəki mövqeyini bir qədər də gücləndirərək ikinci pilləyə yüksəlib.

 

1.

Fiorentina

4

3

1

0

11:2

10

2.

Qarabağ

4

2

1

1

6:7

7

3.

PAOK

4

1

1

2

2:4

4

4.

Slovan

4

0

1

3

4:10

1

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messinin imzalı forması oğurlandı

Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.

Keyn Messinin rekordunu qırdı

“Bavariya”nın hücumçusu Harri Keyn UEFA Çempionlar Liqasında 30 yaşdan sonra vurulan qolların sayına görə yeni rekord müəyyənləşdirib.

Ronaldodan gözlənilməz qərar

"Əl-Nəsr"in ulduz hücumçusu Kriştiano Ronaldo gələn il Portuqaliya milli komandasına qayıtmağa və yığma forması ilə "son rəqs"ini etməyə hazırlaşır.

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.