banner
banner

Dünya

Xəyanətə görə dəhşətli qisas: doğma oğlunu öldürdü - Foto

Xəyanətə görə dəhşətli qisas:
ABŞ-ın Pensilvaniya əyalətində yaşayan 21 yaşlı Kristian Klark ərinin ona xəyanətinin əvəzini çıxmaq üçün dəhşətli cinayətə əl atıb.
 
Axar.az xəbər verir ki, özünü xəyanətə uğradılmış hiss edən qadın 2 övladını öldürməyə cəhd edib. Klark uşaqların üzünə hava ilə doldurulmuş çarpayı basıb. Nəticədə 17 aylıq oğlu ölüb. 
 
O, əvvəlcə əri Andre Praysa mesaj yazaraq ona cavab verməsini tələb edib: “Uşaqlar burada təhlükəsizlikdə deyil. Onları istəmirəm. Mənə cavab ver, əks təqdirdə uşaqlara zərər yetirəcəyimə görə həbs ediləcəm”. 
Bu mesajdan iki saat sonra oğlunun ölü fotosunu çəkərək atasına göndərib: “Bax, Ancel hələ də həyatdadır və tərləyir. Oğlun isə, təəssüf ki, artıq nəfəs almır. Sənə video göndərə bilmirəm, amma oğlunun öldüyündən əmin ola bilərsən”. 
 
Ən sonda isə Klark Praysa “Həbs ediləcəyəm, güman edirəm buna dəyib” yazıb. 
 
Klark 17 aylıq oğlunu öldürməkdə, 2 yaşlı qızını isə öldürməyə cəhddə günahlandırılaraq həbs edilib.
 
 
cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.

Dubayda qızıldan piyada yolu salınacaq

BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.