banner
banner

İdman

2014-cü ilin simvolik yığması

2014-cü ilin simvolik yığması

UEFA 2014-cü ilin simvolik yığmasını elan edib.

CIA.Az Apasport.az-a istinadən xəbər verir ki, ilin komandasında heyətə üç debütant və “Bavariya”nın dörd oyunçusu salınıb.

Ali futbol qurumunun rəsmi saytında 8,6 milyondan çox azarkeş səs verib. Bu isə rekord göstəricidi.

Qapıçı: Manuel Noyer (“Bavariya”, Almaniya)

Müdafiəçilər: Serxio Ramos (“Real”, İspaniya), Dieqo Qodin (“Atletiko, Uruqvay), Filipp Lam (“Bavariya”, Almaniya), David Alaba (“Bavariya”Avstriya)

Yarımmüdafiəçilər: Aryen Robben (“Bavariya” və Hollandiya), Anhel di Mariya (“Real”/ “Mançester Yunayted”, Argentina), Toni Kroos (“Bavariya”/“Real”, Almaniya)

Hücumçular: Lionel Messi (“Barselona”, Argentina), Zlatan İbrahimoviç (PSJ, İsveç), Kriştianu Ronaldo (“Real”, Portuqaliya)

Qeyd edək ki, komandanın 4-3-3 sxemi 37% səslə birinci olub. Ən çox səsi isə “Real”ın hücumçusu Kriştianu Ronaldo (623046) toplayıb. Dieqo Qodin, Anhel di Mariya və Toni Kroos ilk dəfə ilin komandasının heyətinə daxil edilib. Portuqaliyalı ulduz futbolçu isə 8-ci dəfə ardıcıl olaraq heyətə salınıb.

Maraqlıdır ki, UEFA yığmasının heyətində nə İngiltərə, nə də İtaliya çempionatlarında çıxış edən futbolçular yer almayıb.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messinin imzalı forması oğurlandı

Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.

Keyn Messinin rekordunu qırdı

“Bavariya”nın hücumçusu Harri Keyn UEFA Çempionlar Liqasında 30 yaşdan sonra vurulan qolların sayına görə yeni rekord müəyyənləşdirib.

Ronaldodan gözlənilməz qərar

"Əl-Nəsr"in ulduz hücumçusu Kriştiano Ronaldo gələn il Portuqaliya milli komandasına qayıtmağa və yığma forması ilə "son rəqs"ini etməyə hazırlaşır.

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.