Parisdə terror törədən Səid və Şərif Kuyaşi qardaşları məhv ediliblər.
CİA.Az Modern.az-a istinadən xəbər verir ki, terrorçular SDT nəşriyyatında mühasirəni yarmaq üçün cəhd edərkən atəş açsalar da, məhv ediliblər. Terrorçuların girov götürdüyü şəxslərdən heç kim xəsarət almayıb.
Yanvarın 7-də Parisin mərkəzindəki “Charlie Hebdo” satirik jurnalının redaksiyasına hücum edən qardaşlar 12 nəfəri öldürmüş, 10 nəfəri yaralamışdılar.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.
BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.