Amerika Birləşmiş Ştatları (ABŞ) Ankara səfirliyi paralel hökumət və Gülənin təhvil verilməsi ilə bağlı vacib açıqlamalar verib.
ANS PRESS-in məlumatına görə, ABŞ-ın Ankaradakı səfiri Con Bass Türkiyənin “Sabah” qəzetinə verdiyi müsahibədə iki ölkə arasındakı münasibətlərlə bağlı bir sıra mühüm sualları cavablandırıb.
Con Bass cari dövrdə türk-amerikan münasibətlərinin güclənəcəyini, dərinləşəcəyini və ölkələr arasında sağlam stratejik müttəfiqlik münasibətlərinin yaranacağına inandığını nəzərə çatdırıb: “İstər dövlətlər, istərsə də fərdlər arasındakı münasibətlərdə həmişə heç vaxt yüz faiz eyni fikirdə olmaq mümkün olmur. Bu səbəbdən mövqelərimizdə fərqlilik olur”.
Səfir Bass Fəthullah Gülənin Türkiyəyə təhvil verilməsi ilə bağlı da münasibətini açıqlayıb: “Qanuni yolla münasibətlərimiz olan dövlətlərdən gələn bütün tələbləri nəzərə alırıq. Tələbin yerinə yetirilməsi üçün qarşı tərəfin hansı səbəblə tələb irəli sürdüyünə baxılır və bunun ABŞ qanunlarını pozub-pozmayacağı məsələsi dəyərləndiriliir. Bu barədə isə əlavə şərh vermirik.”
Bundan başqa, C.Bass sözügedən şəxsin “CIA” (ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi) ilə əlaqəsini də qeyri-real hesab edib və mətbuatda bu barədə çıxan xəbərləri görüb təəccübləndiyini söyləyib.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.
BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.