"Volfsburq"un futbolçusu Junior Malanda avtomobil qəzasında dünyasını dəyişib.
Qol.Az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, qəzaya yüksək sürət səbəb olub.
J.Malanda idarə etdiyi avtomobillə Hannover istiqamətində hərəkətdə olarkən idarəetməni itirib və nəticədə nəqliyyat vasitəsi yol kənarındakı ağaca çırpılıb. Qəza nəticəsində 20 yaşlı oyunçu elə hadisə yerindəcə keçinib.
Malanda ilə birlikdə avtomobildə olan iki nəfər isə ağır yaralanıb.
Qeyd edək ki,J.Malanda 2013-ci ildən "Volfsburq"da oynayırdı.
Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.