banner
banner

İdman

"Qızıl top"u kim qazanacaq

"Qızıl top"u kim qazanacaq

Bu gün FİFA geridə qalan 2014-cü il üçün dünyanın ən yaxşı futbolçusunun adını açıqlayacaq.

Qol.Az-ın məlumatına görə, İsveçrənin Sürix şəhərində Bakı vaxtı ilə saat 20:00-da başlayacaq tədbirdə üç namizəddən biri “Qızıl top”a sahib olacaq.

Bunlar Portuqaliya millisinin və "Real"ın (Madrid) hücumçusu Kriştiano Ronaldo, Argentina milisinin və “Barselona”ın hücumçusu Lionel Messi və Almaniya millisinin heyətində son dünya çempionu olan “Bavariya”nın qapıçısı Manuel Noyerdir.

Messi artıq sözügedən mükafatı 4 dəfə (2009, 2010, 2011, 2012) qazanıb. Ronaldo isə 2 dəfə (2008, 2013) dünyanın ən yaxşı futbolçusu seçilib. Noyer isə ilk dəfə bu mükafa sahib ola bilər.

Xatırladaq ki, bu mükafatı sonuncu dəfə K.Ronaldo qazanıb.

Bundan əlavə tədbirdə ilin rəmzi komandası, ilin ən yaxşı qolu, qadınlar arasında ilin ən yaxşı futbolçusu, və ilin ən yaxşı baş məşqçisinin də adı elan ediləcək.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messinin imzalı forması oğurlandı

Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.

Keyn Messinin rekordunu qırdı

“Bavariya”nın hücumçusu Harri Keyn UEFA Çempionlar Liqasında 30 yaşdan sonra vurulan qolların sayına görə yeni rekord müəyyənləşdirib.

Ronaldodan gözlənilməz qərar

"Əl-Nəsr"in ulduz hücumçusu Kriştiano Ronaldo gələn il Portuqaliya milli komandasına qayıtmağa və yığma forması ilə "son rəqs"ini etməyə hazırlaşır.

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.