Şimali İrlandiya millisi DÇ-2018-in seçmə mərhələsində Azərbaycan yığması ilə qarşıdakı oyuna qara sarğı ilə çıxacaq.
Qol.az-ın sportnet.az-a istinadən yaydığı xəbərə görə, onlar bununla "Atəşkəs Günü”nü ("Barışıq Günü”) qeyd edəcəklər.
Qarşılaşmanın keçiriləcəyi "Uindzor Park” stadionunun ekranında 1916-cı ildə I Dünya Müharibəsi zamanı həlak olmuş irlandiyalı futbolçuların adları göstəriləcək. İrlandiya və Şimali İrlandiya eyni millət olduqları üçün hər iki ölkə bu günü qeyd edəcək.
Qeyd edək ki, Şimali İrlandiya - Azərbaycan matçı noyabrın 11-i Bakı vaxtilə saat 23:45-də başlayacaq.
Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.