banner
banner

Dünya

Rio-de-Janeyroda minlərlə dövlət qulluqçusu etiraz edir

Rio-de-Janeyroda minlərlə dövlət qulluqçusu etiraz edir
Rio-de-Janeyroda Braziliyanın iki min dövlət qulluqçusu mitinqə çıxıb.
 
Musavat.com xəbər verir ki, bu barədə “Globo” telekanalı məlumat yayıb.
Telekanalın məlumatına görə, mitinqçilər parlament binasının qarşısına toplanaraq, yerli hökumətin sərt iqtisadi siyasətinə öz etirazlarını bildiriblər.
 
Ştatın qubernatoru Luis Fernandu Pezau şənbə günü sərt iqtisadi tədbirlər paketini elan edib. Bu tədbirlər paketində sosial proqramlar üçün nəzərdə tutulan büdcənin azaldılması və təqaüdçülərin vergilərinin artırılması nəzərdə tutulub.
Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.

Dubayda qızıldan piyada yolu salınacaq

BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.