banner
banner

Dünya

ABŞ-da Tramp əleyhinə aksiyada atışma: 5 yaralı- Yenilənib

ABŞ-da Tramp əleyhinə aksiyada atışma:

ABŞ-ın paytaxtı Vaşinqton şəhərində 500-dək insan Respublikaçılar Partiyasının namizədi Donald Trampın prezident seçilməsinə etiraz əlaməti olaraq aksiya keçirir. 

 
"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, onlar bir neçə polis maşınının və motosiklinin müşayiəti ilə Ağ Evə doğru hərəkət edirlər. Aksiyaçıların hərəkəti ilə əlaqədar olaraq ərazidə nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb. Etirazçılar "Trampsız, Ku-kluks-kançılarsız və faşistlərsiz ABŞ", həmçinin "Tramp mənim prezidentim deyil" şüarlarını səsləndirir, "səkilərdən küçələrə düşün" – deyərək başqalarını da onlara qoşulmağa çağırırlar. Etirazçılar həmçinin Seçicilər Kollegiyasının ləğvini də tələb edirlər. Aksiyaçılar arasında xeyli sayda afroamerikalı və latınamerikalı şəxs var. 
 
***
Naməlum şəxslər Trampın prezident seçilməsinə etiraz edən aksiyaçılara atəş açıb. Hadisə zamanı 4 nəfər xəsarət alıb. Əraziyə çox sayda polis əməkdaşları cəlb olunub. 

**
ABŞ-ın Sietl şəhərində prezident vəzifəsinə yeni seçilmiş Donald Tramp əleyhinə keçirilən aksiyada baş vermiş atışma zamanı yaralananların sayı 5-ə çatıb.
 
"Report" xəbər verir ki, bu barədə şəhərin yanğınsöndürmə xidmətinin "Twitter"dəki rəsmi səhifəsində məlumat verilib. "Xidmətin əməkdaşları atışma zamanı xəsarət almış beş nəfərə yardım göstəriblər. Xəsarət alanlardan ikisinin vəziyyəti ağırdır" – deyə rəsmi səhifədəki məlumatda bildirilir.
 
Qeyd edək ki, ilkin məlumatda insident zamanı 4 nəfərin xəsarət aldığı bildirilirdi.
cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.

Dubayda qızıldan piyada yolu salınacaq

BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.