banner
banner

Dünya

Pakistanda avtobus uçuruma düşüb

Pakistanda avtobus uçuruma düşüb
Pakistanın qərbindəki Bəlucistan vilayətində avtobus uçuruma düşüb. Bu barədə "Dawn" nəşri xəbər yayıb.
 
Məlumata görə, hadisə zamanı azı 10 nəfər həlak olub. "Qadınlar, uşaqlar da daxil olmaqla, azı 10 nəfər ölüb. Lakin qadın və uşaqların dəqiq sayını söyləmək mümkün deyil", – deyə polis nümayəndəsi bildirib.
 
Məlumata görə, qəza zamanı daha 10 nəfər xəsarət alıb. Onların da arasında qadınlar və uşaqlar var.
 
Yaralıların hamısı xəstəxanaya çatdırılıb. Hadisənin başvermə səbəbləri araşdırılır.
Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.

Dubayda qızıldan piyada yolu salınacaq

BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.