banner
banner

Dünya

Poroşenko Saakaşvilini yola saldı

Poroşenko Saakaşvilini yola saldı
Ukrayna prezidenti Pyotr Poroşenko noyabrın 10-da Mixail Saakaşvilini Odessa vilayətinin qubernatoru postundan azad edib. Novator.az-ın məlumatına görə, Pyotr Poroşenkonun sərəncamı ilə Mixail Saakaşvili prezidentin ştatdankənar müşaviri vəzifəsindən də çıxarılıb.
 
Mixail Saakaşvili Odessa vilayətinin qubernatoru vəzifəsindən noyabrın 7-də istefa verib. O bildirib ki, Ukrayna prezidenti Odessada iki klanı müdafiə edir və bununla vilayəti təkcə korrupsionerlərə deyil, Ukraynanın düşmənlərinə də təslim edir: “Bu səbəbdən mən istefa verərək mübarizənin yeni mərhələsinə başlamaq qərarına gəlmişəm”.
 
Mixail Saakaşvili qeyd edib ki, Ukraynada hakimiyyət dəyişsə də, korrupsiya çiçəklənir, ölkəni əvvəl necə talan edirdilərsə, indi də elə talan edirlər. Onun fikrincə, bölgədə inkişaf yalnız o vaxt mümkün olacaq ki, bütövlükdə ölkə, o cümlədən Kiyev və Odessa banditizmi himayə edən korrupsionerlərdən azad olsun.
 
2004-2013-cü illərdə Gürcüstan prezident olmuş Mixail Saakaşvili 2015-ci ilin mayında Ukrayna vətəndaşlığı almış və Odessa vilayətinin qubernatoru təyin edilmişdi.
Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.

Dubayda qızıldan piyada yolu salınacaq

BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.