banner
banner

Dünya

BMT-nin türk hakimi həbs edilib

BMT-nin türk hakimi həbs edilib
Türkiyənin BMT-nin müharibə cinayətləri blokuna təyin etdiyi hakimi diplomatik toxunulmazlığına baxmayaraq iyulda Türkiyədə baş vermiş çevriliş cəhdində şübhəli bilinərək həbs edilib.
 
Beynəlxalq Cinayət Tribunalı Mexanizminin prezidenti Teodor Meron BMT-nin Baş Assambleyasına hakim Aydın Sedəf Akayın sentyabrda həbs edildiyini bildirib.
 
“Bu, çox ciddi məsələdir. Bu, müasir beynəlxalq cinayət məhkəməsində BMT-də xidmət göstərən və proses üzərində işləyən hakimin ilk dəfə hökumət tərəfindən həbs edilməsi halıdır” -deyə Hakim Teodor Meron bildirib.
 
Meron əlavə edərək bildirib ki, Türkiyə onun Akayı ziyarət etmək müraciətini rədd edib. Meron onun dərhal azadlığa buraxılmasına çağırıb.
 
İyul ayından bəri 30 mindən çox insan çevriliş cəhdi ilə əlaqədar həbs edilib. Onların əksəriyyəti ordu, təhsil və məhkəmə sistemlərində çalışanlardır.(Amerikanınsesi)
Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.

Dubayda qızıldan piyada yolu salınacaq

BƏƏ-nin Dubay şəhərinin məşhur "Dubai Gold District" ticarət rayonunda dünyada ilk dəfə 24 əyarlı xalis qızıldan hazırlanmış piyada yolu istifadəyə veriləcək.