banner
banner

Sağlamlıq

Diş ətini gücləndirmək üçün qidalar

Diş ətini gücləndirmək üçün qidalar

Sağlam dişlərə sahib olmağı hər bir insan istəyər. Bu səbəbdən də, diş sağlamlığı hər şeydən əvvəl dişətindən başlayır. Əgər biz diş ətini qoruyub, gücləndirsək, daha az problemlə qarşılaşarıq.

Diş ətini gücləndirməyin bir çox yolu var. Onlardan ən sağlamı təbii qida müalicəsidir. Belə ki, bəzi qidaların tərkibində olan maddələr diş ətində olan bakteriyaları öldürür.

Təbii qida seçimi ilə bağlı mütəxəssislər bəzi təkliflər verdilər.

Onlar kök, xiyar və kərəvizin diş ətini gücləndirdiyini söylədilər.

Bundan əlavə, su içərək dişlərin təmizlənməsinin mümkün olduğunu vurğuladılar. Belə ki, şəkərli qidalar su sayəsində dişlərdən təmizlənir.

Yaşıl və ya qara çay ləkə əmələ gətirsə də, bakteriyaları öldürüb dişlərin ömrünü uzadır.

Pendir və süd isə, diş sağlamlığı üçün mütləq istehlak edilməsi lazım olan qidalar arasında yer alırlar. Hər ikisində də kalsium və fosfat vardır. Bu maddələr diş sağlamlığı üçün olduqca önəmlidir.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Soyuq duş alın, görün nə baş verəcək

Mütəmadi olaraq soyuq duş qəbul etmək insanın fiziki və psixoloji vəziyyətini yaxşılaşdıra, xəstəliyə görə işə çıxmadığı günlərin sayını azalda bilər.

Qarın piylərindən xilas olmaq üçün 5 ərzaqlı resept

Arıqlamaq istəyənlərin, xüsusilə də qarın nahiyəsindəki artıq piylərdən şikayət edənlərin marağına səbəb olan sadə resept mövcuddur. Cəmi 5 inqrediyentdən hazırlanan qatıq qarışımı ara yemək kimi qidalanma rasionuna daxil edilə bilər.

Armudun bilmədiyimiz faydaları

Armud həm dadlı, həm də qida dəyəri yüksək olan meyvələrdən biridir. Tərkibində lif, vitamin və minerallar olduğu üçün sağlamlığa bir sıra faydaları var.