banner
banner

Dünya

Birinci arvadı Trampdan vəzifə istədi

Birinci arvadı Trampdan vəzifə istədi
ABŞ-ın yeni prezidenti Donald Trampın birinci xanımı İvana Tramp Çexiyada səfir olmağı arzulayır.
 
Axar.az xəbər verir ki, xanım bu arzusunu Çexoslovakiya Sosialist Respublikasında doğulması, çex dilini mükəmməl bilməsi və o ölkədə geniş əlaqələri ilə izah edib.
 
İvana Tramp “Nyu York Tayms”a həmçinin bildirib ki, dünyanın 40 ölkəsində çap olunan, 25 xarici dilə tərcümə edilən 3 kitabın müəllifidir. O, dünyada Tramp soyadını qəbul etməzdən daha əvvəl tanındığını da vurğulayıb.
 
Xatırladaq ki, İvana Zelniçkova ilə Tramp 1977-ci ildə evləniblər. 1992-ci ildə ayrılan cütlüyün 3 övladı var.
cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.